Türkiyə Suriyanın təbii qaz ehtiyacını qarşılayacaq

Türkiyə Suriyanın təbii qaz ehtiyacını qarşılayacaq
  22 May 2025    Oxunub:217
Türkiyə Suriyaya hər il 2 milyard kubmetr təbii qaz verəcək.
AzVision.az xəbər verir ki, bunu Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.

Bayraktar Türkiyənin təbii qaz ixracatının Suriyada əlavə 1300 meqavat elektrik enerjisi istehsalına töhfə verəcəyini bildirib.

Bayraktar Türkiyənin də qısamüddətli ehtiyacları üçün Suriyaya əlavə 1000 meqavat elektrik enerjisi təmin edəcəyini bildirib. Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir Türkiyə ilə Suriyanı birləşdirən təbii qaz kəmərinin işə salınması ilə bağlı razılığa gəldiklərini bildirib. Qaz axınına iyun ayında başlanacağı gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti