Yol polisi sürücülərə müraciət edib

Yol polisi sürücülərə müraciət edib
  24 May 2025    Oxunub:315
Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
Bu barədə AzVision.az -a İdarədən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır!

AzVision.az


Teqlər:





Xəbər lenti