Növbəti marşrut xəttinin avtobusları yenilənir

Növbəti marşrut xəttinin avtobusları yenilənir
  24 May 2025    Oxunub:347
Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda avtobuslar yenilənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AzVision.az -a verilən məlumata görə, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı "King Long" markalı avtobuslar müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda gediş haqqı nağdsız qaydada aparılır.

AzVision.az


Teqlər: marşrut  





Xəbər lenti