Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək

   Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək
  06 Noyabr 2024    Oxunub:223
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək.
AzVision.az bu barədə BBAK-a istinadən xəbər verir.

Məlumata görə, 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-14 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti