Tramp milyarderlərin qarşısında and içəcək

Tramp  milyarderlərin qarşısında  and içəcək
  17 Yanvar 2025    Oxunub:431
"Apple" şirkətinin rəhbəri Tim Kuk ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.
Bu barədə Bloomberg məlumat yayıb.

Tramp məşhur aktyorları xüsusi elçi təyin etdi
Qeyd edilib ki, tarixi tədbirə "Apple" şirkətinin rəhbəri ilə yanaşı, "Amazon" və "Blue Origin" şirkətlərinin təsisçisi Cef Bezos, "SpaceX", "Tesla" və "X" şirkətlərinin sahibi İlon Mask, həmçinin "Meta" şirkətinin baş direktoru Mark Zukerberq də qatılacaq.

Nəşr inauqurasiyada texnologiya nəhənglərinin rəhbərlərinin aktiv şəkildə iştirak etməsini onların Trampın ötən ilin noyabrında seçkilərdə qazandığı qələbədən sonra siyasıtçi ilə münasibətlərinin yaxşılaşması ilə əlaqələndirib. Onların bir çoxu, o cümlədən Kuk artıq Trampın Floridadakı Mar-a-Laqo malikanəsinə baş çəkib. Malikanədə Tramp və onun ən yaxın adamlarından biri sayılan Mask korporasiyaların rəhbərləri ilə növbəti dörd il üçün planları da müzakirə ediblər.

Bundan əlavə, Kuk Trampın inauqurasiya fonduna 1 milyon dollar da ötürüb. Texnologiya nəhənginin rəhbəri Tramp seçkilərdə qalib gələn zaman onu "X" sosial şəbəkəsində ilk təbrik edən məşhurlardan olmuşdu.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Andiçmə   Mask   Tramp  





Xəbər lenti