"Rosaviasiya" AZAL-ın təyyarə qəzası ilə bağlı yeni məlumat yaydı

   "Rosaviasiya" AZAL-ın təyyarə qəzası ilə bağlı yeni məlumat yaydı
  05 Fevral 2025    Oxunub:307
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən dərc edilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsi qəzasının təhqiqatına dair hesabat ilkin xarakter daşıyır və insidentin səbəbləri ilə bağlı heç bir nəticəni ehtiva etmir.
Bu barədə "Rosaviasiya" Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, nəticələr yekun hesabatda təqdim olunacaq.

"AZAL hər şeyi düz edib" | Hesabat
"Rosaviasiya" bəyan edib ki, komissiyanın işi bundan sonra da davam edəcək.
Xatırladaq ki, çərşənbə axşamı Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı ilkin hesabatı dərc edib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   AZAL   Təyyarə  





Xəbər lenti