Rubio qətərli həmkarı ilə görüşüb

   Rubio qətərli həmkarı ilə görüşüb
  23 Aprel 2025    Oxunub:524
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtona səfərə yollanmış Qətərin Baş naziri, həmçinin xarici işlər naziri Məhəmməd Al Sanini qəbul edib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkənin strateji tərəfdaşlığı, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.

Onlar, eyni zamanda, Yaxın Şərqdə: Qəzza zolağında, Livanda və Suriyada müharibə vəziyyətinin həlli üzrə ABŞ və Qətərin birgə səylərinə də toxunublar.

Məhəmməd Al Sani səfəri çərçivəsində həmçinin ABŞ-nin Yaxın Şərq üzrə xüsüsi nümayəndəsi Stiv Vitkofla da görüş keçirəcək.

Məlumat üçün bildirək ki, ABŞ, Qətər və Misir Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında müharibənin həlli üzrə əsas vasitəçilərdir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Qətər   Yaxın-Şərq   danışıqlar  





Xəbər lenti