Özcan Dənizi öldürmək istədi: "Sən buna layiqsən"

      Özcan Dənizi öldürmək istədi:    "Sən buna layiqsən"
  29 Mart 2023    Oxunub:1057
Tanınmış türkiyəli müğənni Özcan Dəniz həyat yoldaşı ilə birgə yaşadığı villanın sahibini polisə şikayət edib.
İddiaya görə, Dənizin bağçasında lyuk açmaq istəyən ev sahibi məşhur müğənnidən avtomobilini oradan çıxarmasını istəyib. Müğənni ev sahibinə xəbərsiz gəldiyi üçün avtomobilini çəkməyəcəyini deyincə o, sənətçini silahla hədələyib.

“Sabah”ın xəbərinə görə, ev sahibinin “Sən ölməyə layiqsən, mən silahımı götürəcəm, get sən də silahını götür” təhdidlərinə məruz qalan Dəniz və həyat yoldaşı hadisə ilə bağlı polisə şikayət edib və istintaq başladılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti