SKM-in əməkdaşları Cenevrədə hesabat təqdim etdilər

SKM-in əməkdaşları Cenevrədə hesabat təqdim etdilər
  04 Dekabr 2024    Oxunub:411
Strateji Kommunikasiyalar Mərkəzinin (SKM) əməkdaşları Əli Abdullayev və Emil Zadayev BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin Cenevrədə keçirilən 114-cü sessiyasında iştirak ediblər.
Onlar bəzi qurumların Azərbaycanla bağlı yaydıqları yalan məlumatları şərh edərək, reallığı tədbir iştirakçılarının diqqətinə çatdırıblar. SKM-in hesabatında Ermənistanda Azərbaycan hərbçilərinə qarşı işgəncələr, ermənilərin yaratdığı qanunsuz hərbi birləşmələrin fəaliyyəti, dinc əhaliyə qarşı mina terroru kimi məsələlərə xüsusilə toxunulub.

Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə törətdiyi vandalizm aktları, Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə yönəlmiş əməllərə SKM-in hesabatında geniş yer ayrılıb.


Bundan başqa, hazırda Ermənistanda nasizmin reabilitasiyası, erməni mediasında yer alan nifrət nitqləri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

SKM-in BMT-nin aiddiyati Komitəsinin rəsmi saytında dərc edilmiş məqaləsi ilə buradan tanış ola bilərsiniz.

Təşkilat nümayəndələri brifinqdən sonra komitə üzvləri ilə keçirilən görüş-müzakirədə də iştirak ediblər. Görüşdə Komitənin Ermənistan üzrə məruzəçilərinin sualları cavablandırılıb və dəqiqləşmələr aparılıb. Qarabağdan köçən erməni mənşəli şəxslər, müharibə cinayəti törətməkdə təqsirləndirilərək, həbs olunmuş ermənilər məsələsinə aydınlıq gətirilib.


Teqlər: BMT  





Xəbər lenti