“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

   “Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
  25 Aprel 2025    Oxunub:349
Azercell, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin ilk seçim turu uğurla başa çatdı.
AzVision.az xəbər verir ki, onlayn formatda keçirilən ilk mərhələdə 4000-ə yaxın 6-7-ci sinif şagirdi iştirak edib. Bunlardan 216-sı növbəti mərhələyə keçid hüququ qazanıb.

Seçim mərhələsinin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://azercellcup.org/competition/115/leaderboard


Müsabiqənin ikinci mərhələsi may ayının 3-ü, final isə iyun ayının 7-si baş tutacaq. Ən yüksək nəticə göstərən 30 iştirakçı üçün bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir və əsas məqsədi məktəblilərin rəqəmsal texnologiyalar, proqramlaşdırma, kompüter mühəndisliyi və informatika sahələrinə marağını artırmaq, onların elmi və şəxsi inkişafına töhfə verməkdir.

AzVision.az




Teqlər:





Xəbər lenti