Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilib
Səfər müddətində almandilli ölkələrin turizm şirkətlərinin nümayəndələri Bakının turistik əhəmiyyətli yerləri ilə yanaşı, Naxçıvanda Xan Sarayı, Əlincə qalası, Nuhun türbəsi, Möminə Xatun türbəsi, Duzdağ və digər yerləri ziyarət ediblər, mədəni, tarixi, təbiət turizmi üzrə turizm məhsulları ilə tanış olublar.
2024-cü ilin yanvar-noyabr aylarında Almaniya, Avstriya və İsveçrədən ümumilikdə Azərbaycana 25 599 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% artımdır.
AzVision.az
Teqlər: