Fuad Oktay: Bu gün inkişaf edən Azərbaycan var

      Fuad Oktay:    Bu gün inkişaf edən Azərbaycan var
  07 Dekabr 2024    Oxunub:965
Biz bu gün Azərbaycan Milli Məclisinin yaradılmasının 106-cı ildönümü münasibətilə buradayıq. Demək olar ki, bütün siyasi partiyalarımızı təmsil edən nümayəndə heyəti ilə buradayıq.
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.

O bildirib ki, Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də həmişə bir yerdə olan iki qardaşdır. Bu, 1918-ci ildən başlayan prosesdir. O gündən bu günə qədər bütün taleyimiz birdir. Bu torpaqlar türk millətinin yaşadığı yerdir.

"Bu gün inkişaf edən Azərbaycan var. 1918-ci ilin mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra bolşeviklərin, ingilislərin və ermənilərin işğalına qarşı mübarizə aparmaq üçün Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanda idi",- deyə F. Oktay vurğulayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti