Putin və Paşinyan ikitərəfli məsələləri müzakirə ediblər

 Putin və Paşinyan ikitərəfli məsələləri müzakirə ediblər
  17 Yanvar 2025    Oxunub:442
Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilib ki, Putin və Paşinyan ikitərəfli məsələləri, Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər.

Paşinyan Rusiya ilə münasibətlərin "inkişafından" danışdı
Xatırladaq ki, hər iki ölkənin rəhbəri sonuncu dəfə ötən ilin oktyabrında Kazanda təşkil olunan "BRİKS+" sammiti çərçivəsində görüşüblər. Dekabrda isə Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında videobağlantı ilə qoşulmuşdu.

Bu ilin yanvarın 15-də isə Ermənistanın baş naziri özünün Telegram kanalındakı hesabında diqqət çəkən paylaşım etdi.

O, iddia edib ki, guya Rusiya Federasiyası ilə münasibətlər həmişəkindən daha praktikdir: "Biz bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və suverenliyə əsaslanaraq inkişaf etdirməyə çalışırıq”.

Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.

Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Rusiya   Putin  





Xəbər lenti