Yerdə güclü maqnit qasırğası olub

   Yerdə güclü maqnit qasırğası olub
  11 Aprel 2025    Oxunub:572
Uzun müddətdir davam edən maqnit qasırğası Yer kürəsini hələ də tərk etmir. Alimlər proqnozlaşdırırlar ki, bu vəziyyət həftənin sonuna qədər davam edəcək.
Ekspertlərin proqnozuna görə, geomaqnit qasırğasının pik nöqtəsi axşam saatlarında olub. Onun ümumi təsiri isə sutka ərzində hiss olunacaq. Geomaqnit qeyri-sabitliyi insanların sağlamlığına mənfi təsir göstərə bilər. Belə ki, baş ağrısı, təzyiqin dəyişməsi, başgicəllənmə, ürək döyüntülərinin artması və nəfəs almaqda çətinlik yarana bilər.

Yuxu pozuntuları və təbii bioritmlərin dəyişməsi mümkündür ki, bu da yuxusuzluq, oynaqlarda ağrılar və narahatlıq yarada bilər. Mütəxəssislər xroniki xəstəlikləri olan insanlara sağlamlıqlarına xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Maqnit qasırğasını rahat keçirmək üçün yuxu rejiminə əməl etmək, fiziki və emosional gərginlikdən uzaq durmaq, daha çox su içmək, vitamin qəbul etmək, həmçinin cihazlardan istifadəni məhdudlaşdırmaq və lazım gəldikdə həkimə müraciət etmək tövsiyə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti