Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb

   Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdiyi məsələləri açıqlayıb
  25 Aprel 2025    Oxunub:329
" Bu gün ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə bir neçə istiqamət üzrə faydalı müzakirələr apardıq".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi ilə birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, bu sırada Azərbaycan və ATƏT arasında olan əməkdaşlıq vəziyyətləri, postmünaqişə dövrünə aid olan mövzular, eyni zamanda ölkəmizdə həyata keçirilən bərpa quruculuq işləri istiqaməti ilə bağlı ətraflı məlumatlar təqdim olunub: “Daha geniş coğrafiyada ATƏT üzv ölkələrini və qonşu ölkələri əhatə edən coğrafiyada mövcud vəziyyət və mümkün həll yolları barədə müzakirələr aparıldı. Ölkələr arasında inamın azalması, etnik və dini dözümsüzlük və bir sıra digər faktorlar müzakirə predmeti olub. Belə kövrək münasibətlərdə ATƏT kimi təşkilatın qərarların qəbul edilməsi mexanizmi yeni şərtlərə çevik adaptasiya edilməsi və s. fikir mübadiləsi aparıldı”.

AzVision.az



Teqlər:





Xəbər lenti