Putin: “Moskvanın hava hücumundan müdafiə sistemi qənaətbəxş işləyib"

   Putin:    “Moskvanın hava hücumundan müdafiə sistemi qənaətbəxş işləyib"
  30 May 2023    Oxunub:777
Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətinə səhər saatlarında pilotsuz təyyarənin hücumunu şərh edib. O, paytaxt ətrafında hava hücumundan müdafiə sisteminin qənaətbəxş işlədiyini bildirib.
“Moskvanın hava hücumundan müdafiə sistemi qənaətbəxş işləyib. Baxmayaraq ki, görüləcək işlər var... Ümumiyyətlə, paytaxtın hava hücumundan müdafiəsini möhkəmlətmək üçün nə etmək lazım olduğu aydındır və biz bunu edəcəyik”, - deyə o bildirib.

Dövlət başçısı dron hücumunu Rusiyanın iki-üç gün əvvəl Ukrayna hərbi kəşfiyyatının qərargahına vurduğu zərbəyə cavabı adlandırıb.

Qeyd edək ki, bu, Putinin bu gün Moskvaya olan dron hücumu ilə bağlı ilk şərhidir.

Kreml daha əvvəl bildirmişdi ki, Putinə insidentlə bağlı məlumat verilir, lakin o, məsələ ilə bağlı xüsusi müraciət etməyi planlaşdırmır.

AzVision.az



Teqlər:





Xəbər lenti