Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar
  22 İyun 2024    Oxunub:1079
Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarına yekun vurulub
AzVision.az xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kiloqram) gümüş, Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Tural Sarıyev (92 kiloqram) və Vətən Hüseynli (92 kiloqram) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeri tutub.

Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc mükafatın sahibi olublar.

İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başa vurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti