"Hizbullah"ın daha bir komandiri öldürülüb - VİDEO

   "Hizbullah"ın daha bir komandiri öldürülüb -    VİDEO
  25 Oktyabr 2024    Oxunub:676
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının "Rizvan" Qüvvələrinin komandiri Abbad Adnan Müslim İsrail Hərbi Hava Qüvvələrinin Eytərun kəndinə aviazərbəsi nəticəsində ölüb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, terror komandiri sözügedən kəndin ərazisindən İsrailin şimalına doğru mütəmadi raket hücumlarının təşkilatçısı idi.

İsrail Hərbi Hava Qüvvələri, eyni zamanda, "Hizbullah"ın 200-yə yaxın obyektini də gecə boyu bombalayıb.

Xatırladaq ki, oktyabrın 23-də "Hizbullah" terror təşkilatının yeni lideri Haşim Səfiəddinin ölməsi faktı da təsdiqlənib.

1994-cü ildən bəri təşkilatın lideri postunu tutan Həsən Nəsrullah sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənubunda yerləşən Zahiyə qəsəbəsindəki qərargaha aviazərbəsi nəticəsində zərərsizləşdirilmiş, onu bu vəzifədə dayısı oğlu Haşim Səfiəddin əvəzləmişdi. Oktyabrın 3-də isə həmin qərargaha növbəti avizərbə endirilmiş və hücumda Səfiəddinlə birlikdə İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaaninin də öldüyü bildirilmişdi. İran tərəfi ikinci iddianı sonradan təkzib etmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti