Azərbaycanda 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir

   Azərbaycanda 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir
  24 Oktyabr 2024    Oxunub:317
STEAM layihəsi hazırda ölkə üzrə 398 məktəb və 252 711 şagirdi əhatə edir.
AzVision.az xəbər verir ki, bu sözləri “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
Onun sözlərinə görə, layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur.

“Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edir. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək”, - İqrar Nəzərov vurğulayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: STEAM   fəaliyyət  





Xəbər lenti