Blinken Qətər Əmiri ilə görüşüb

Blinken Qətər Əmiri ilə görüşüb
  24 Oktyabr 2024    Oxunub:302
ABŞ Dövlət katibi Antoni Blinken Qəzza zolağında İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqə növbəti səfəri çərçivəsində Qətər Əmiri Təmim bin Həməd Al Sani ilə görüş keçirib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, tərəflər Qəzzada atəşkəs və əsir mübadiləsi üzrə danışıqların yeni mərhələsi ətrafında fikir mübadiləsi aparıblar.

Blinken həmçinin qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə də görüşüb. Onların birgə mətbuat konfransı verəcəyi gözlənilir.

ABŞ və Qətər İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında ötən il oktyabrın 7-dən bəri başlayan müharibənin həlli üzrə əsas vasitəçi ölkələrdir.
Al Jazeera: "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq"

Xatırladaq ki, HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri Yəhya Sinvar ötən günlərdə İsrail əsgərləri tərəfindən Qəzza zolağındakı Rəfəh şəhərində planlaşdırılmamış əməliyyat çərçivəsində öldürülüb. Nəticədə İsrail və HƏMAS arasında atəşkəs üçün yeni imkan yaranıb. Danışıqların vasitəçilərindən biri, ABŞ Dövlət katibi Antoni Blinken imkanı dəyərləndirmək məqsədilə Yaxın Şərqə növbəti dəfə səfərə gedib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Qətər   Yaxın-Şərq   danışıqlar  





Xəbər lenti