Paşinyan Azərbaycana sadələşdirilmiş qaydalar təklif edib - VİDEO

   Paşinyan Azərbaycana sadələşdirilmiş qaydalar təklif edib  - VİDEO
  24 Oktyabr 2024    Oxunub:478
Kazanda nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında “Outreach/BRICS+” formatında ikitərəfli görüş keçirilir.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Bakıya Naxçıvanla əlaqə saxlamaq üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları, habelə sülh müqaviləsinin imzalanması mexanizmlərini təklif etdiyini bildirib.

Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsi layihəsi ən azı 80-90 faiz razılaşdırılıb və Ermənistanla Azərbaycan sülhün əsasını qoymaq üçün bütün fundamental məsələlərdə razılığa gəliblər.

Azərbaycan və Ermənistan liderlərinin “Outreach/BRICS+” formatında keçirdikləri görüşə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunun ümumi diskussiyaya mane olmadığını söyləyib.

“Beynəlxalq görüşlər həmişə ikitərəfli əlaqələr üçün istifadə olunur. Xeyr. Mane olmadı. Bu ümumi təcrübədir. Dövlət başçıları ikitərəfli əlaqələr üçün çoxtərəfli formatlardan istifadə edirlər”, - Peskov Rusiyanın “TASS” agentliyinin bununla bağlı sualına cavab verərkən vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kazan   Əliyev   Paşinyan  





Xəbər lenti