ABŞ-da bu il 17 mindən çox silahla öldürülüb

   ABŞ-da bu il 17 mindən çox silahla öldürülüb
  05 İyun 2023    Oxunub:789
Bu il Birləşmiş Ştatlarda ümumilikdə 17,737 nəfər silahlı hücumlar nəticəsində həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Silah Zorakılığı Arxivinin (GVA) məlumatında deyilir. Qeyd olunub ki, yanvardan iyunun əvvəlinədək bu ölkədə 268 kütləvi atışma baş verib, həlak olanlarla yanaşı, 14 723 nəfər yaralanıb.

Həyatını itirənlərin 113-ü 11 yaşa qədər uşaqlar, 642-si isə 12-17 yaş arası gənclərdir. Bundan başqa, silahlı hücumlar nəticəsində 1894 azyaşlı yaralanıb. Birləşmiş Ştatlar dünyada odlu silah gəzdirməyin və ya saxlamağın konstitusion hüquq kimi təsbit edildiyi üç ölkədən biridir. Bununla belə, digər iki ölkədə - Meksika və Qvatemalada mülki şəxslərin silaha malik olması ABŞ-dan 10 dəfə azdır.


AzVision.az


Teqlər:





Xəbər lenti