Köməkçi həmçinin Netanyahunun bu ayın axırında Auşvitz həbs düşərgəsi ilə bağlı anım tədbirinə qoşulmaq üçün Polşaya mümkün ziyarəti barədə də danışıb.
"Dəvət alsaq, iştirak nəzərdən keçiriləcək. Hələlik belə bir səfər proqramda yoxdur. Polşa dəvət üçün əvvəla Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı ilə əlaqədar məsələni qaydasına salmalıdır", - o vurğulayıb.
Bloomberg: "Polşa Prezidenti hökumətdən Netanyahu üçün zəmanət istəyir" |
Xatırladaq ki, Polşa Prezidenti Andjey Duda ölkənin hökumət başçısı Donald Tuska məktub ünvanlayaraq, Benyamin Netanyahunun mümkün səfər əsnasında "maneəsiz hərəkət"i üçün müraciət göndərib.
"Duda hökuməti elə bir adekvat formul hazırlamağa çağırır ki, həm Benyamin Netanyahu həbsə alınmasın, həm də Polşanın beynəlxalq hüquqa hörməti yerinə yetirilsin", - "Bloomberg" məktubdan sitat gətirir.
Firudin Həmidli
AzVision.az