Eyfel qülləsi bağlandı

Eyfel qülləsi bağlandı
  28 Mart 2023    Oxunub:1002
Fransada pensiya islahatları ilə əlaqədar ümummilli tətilə görə Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırıb.
Bu barədə Paris rəhbərliyindən bildirilib.

“Ümummilli tətilə görə, Eyfel qülləsi hazırda bağlıdır”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bir gün əvvəl Luvr muzeyi işçilərin tətili səbəbindən ictimaiyyət üçün bağlanmışdı.

Fransada pensiya yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Yeni qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti