COP29-la bağlı saxta səhifələr yaradılır

   COP29-la bağlı saxta səhifələr yaradılır
  26 Avqust 2024    Oxunub:872
COP29 tədbiri çərçivəsində dövlət tərəfindən informasiya təhlükəsizliyinə məsul qurum Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tədbirin idarəetmə mərkəzi ilə birgə informasiya təhlükəsizliyinin gücləndirilməsi və kiberhücumların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir və nəzarəti gücləndirir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən AzVision.az -a bildirilib ki, Xidmət tərəfindən hazırda COP29 tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manupulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır. Belə ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək müxtəlif biznes və məşğulluq yönümlü platformalarda COP29-la bağlı açılan iş yerləri barədə sosial şəbəkədə saxta məlumatlar yerləşdirməkdədirlər.

"Bu günə qədər COP29-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanıb və ölkə üzrə bloklanması təmin edilib. Vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, sosial şəbəkədə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyirik", - məlumatda deyilir.

AzVision.az


Teqlər: COP29  





Xəbər lenti