“Rusiya həmişə bu məsələni qaldıracaq. Onlar təkcə Ukraynadan danışmırlar. Gürcüstan və Moldovanın da adını çəkirlər. Biz isə deyirik: yaxşı, NATO-nun sizin sərhədinizə doğru genişlənməsinin dayandırılmasını müzakirə edə bilərik. Bunlar onların təhlükəsizlik maraqlarıdır. Amma bu məsələdə son qərar Trampındır” , - siyasətçi bildirib.
Bununla belə, Kelloq Kiyevi Moskva ilə birbaşa danışıqlardan imtina etməməyə, Kreml görüşdən əvvəl atəşkəs və müharibənin dayandırılması təklifləri ilə memorandumunu təqdim etməsə belə, Rusiyanın təklifinə əsasən iyunun 2-də İstanbulda keçiriləcək görüşə gəlməyə çağırıb.
Onin sözlərinə görə, Tramp Putinlə danışanda Rusiya prezidenti memorandumu bir həftə ərzində çatdıracağını deyib. Amma Vaşinqton və Kiyev onu hələ də görməyib.
Buna baxmayaraq, Kelloq həmişə Kiyevə xəbərdarlıq etdiyini bildirib: “Belə şeylər deməyin, gəlməyəcəksiniz deməyin. Niyyətlərin ciddiliyini göstərmək lazımdır”.
Trampın xüsusi nümayəndəsi onu da vurğulayıb ki, danışıqların əsas məqsədi havada, quruda, dənizdə və mülki infrastruktura zərbələr endirərkən hərtərəfli atəşkəsə nail olmaqdır.
- Biz Rusiya və Ukraynanın təkliflərini müqayisə etməli, danışıqlar üçün uyğun və güzəştə getməyən mövzuları müəyyənləşdirməliyik. Gələn həftə İstanbulda müzakirələrimizi apardıqdan sonra nə ilə nəticələnəcəyimizi görəcəyik”, - Kit Kelloq vurğulayıb.
Amerikalı məmur Almaniya, Fransa və Böyük Britaniyadan təhlükəsizlik üzrə müşavirlərin Rusiya ilə Ukrayna arasında danışıqlar üçün Türkiyəyə gələcəyini bildirib. Onun sözlərinə görə, məhz bu qrup London və Parisdə keçirilən görüşlərdə 22 bəndlik “memorandum”un Ukrayna variantının hazırlanmasında iştirak edib. Lakin Kelloqun açıqlamalarından avropalı məmurların danışıqlarda birbaşa iştirak edib-etməyəcəyi aydın deyil.
![]() |
Fidan: “Rusiya risk təhdidi ilə üzləşib” - VİDEO |
Daha əvvəl Rusiyanın yüksək vəzifəli məmurlarına istinad edən “Reuters” agentliyi Putinin danışıqlar çərçivəsində Qərb ölkələrinin NATO-nun şərqə doğru genişlənməməsi və bununla da “Ukrayna, Gürcüstan və Moldovanın alyansa üzvlüyünü formal olaraq istisna etmək” barədə “yazılı öhdəlik" verməsi tələbini qoyduğunu yazmışdı.
Putin həmçinin Ukraynanın neytral statusunda və ölkənin rusdilli sakinlərinin müdafiəsini təmin etməkdə israrlıdır. Mənbələrdən birinin qeyd etdiyi kimi, Putin öz şərtləri ilə sülh razılaşmasına nail olmasa, o, Ukrayna üçün “sabahın daha ağrılı olacağını” göstərməyə çalışacaq.
Yeri gəlmişkən, Donlad Trampın xüsusi elçisi Kit Kelloq Vaşinqonun hazırda Ukraynanın NATO-ya qoşulması məsələsini nəzərdən keçirmmədiyini və blokun ən azı daha 4 ölkəsinin bu cür düşündüyünü bildirib. Halbuki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması üçün blokun 32 üzvünün yekdil rəyi yələb olunur.
Sahil İsgəndərov
AzVision.az