Kafe və restoranlar sertifikatlaşdırılacaq

   Kafe və restoranlar sertifikatlaşdırılacaq
  30 May 2025    Oxunub:727
Restoranlar, kafelər və ümumilikdə iaşə obyektləri ölkədə qastronomiya turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən media təqdimat zamanı bildirib.

“Dövlət Turizm Agentliyinin məqsədi restoran və kafelərin turizm obyektləri kimi fəaliyyətinin stimullaşdırılması, bu sahədə nəzarətin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın təmin olunmasıdır. Bu istiqamətdə aidiyyəti assosiasiyaların yaradılması, iaşə obyektlərinin Agentlik tərəfindən təşkil olunan tədbirlərdə iştirakı və inteqrasiyası nəzərdə tutulur”- deyə, o bildirib.

A. Hüseynova əlavə edib ki, kafe və restoranların qiymətləndirilməsi və sertifikatlaşdırılması ilə bağlı artıq müvafiq dövlət qurumları ilə danışıqlar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti