Azadə Hüseynova: "Azərbaycan qastronomiya sahəsində böyük potensiala malikdir"

      Azadə Hüseynova:    "Azərbaycan qastronomiya sahəsində böyük potensiala malikdir"
  30 May 2025    Oxunub:677
Azərbaycanın zəngin mətbəxi qastronomiya sahəsində böyük potensiala malikdir.
AzVision.az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Agentliyin təşkilatçılığı ilə “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən media təqdimatında deyib.

"Apardığımız araşdırmalar da göstərir ki, gələcəkdə ölkəmizdə təkcə milli səviyyədə deyil, beynəlxalq miqyasda da qastronomiya turizmini inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın zəngin mətbəxinin və qastronomiyasının inkişafı istiqamətində çoxşaxəli layihələr həyata keçirilir.

Həmçinin Agentlik tərəfindən verilən sözlərin əksəriyyəti icra olunub. Peşəkar aşpazların yetişdirilməsi ilə bağlı kurslar, təlimlər keçirilib. Azərbaycanın qastronomiya turizmini tanıtmaq üçün beynəlxalq tədbirlərdə iştirak etmişik. Komandamız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər", - deyə A.Hüseynova qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti