SEPAH generalı: “Talibanla heç vaxt müharibə olmayacaq”

   SEPAH generalı:   “Talibanla heç vaxt müharibə olmayacaq”
  30 May 2023    Oxunub:1081
Ötən həftənin sonlarında İran-Əfqanıstan sərhədində yaşanan silahlı toqquşma iki ölkə arasında münasibətləri yenidən gərginləşdirərək, tərəflərin genişmiqyaslı münaqişəyə girə biləcəyi ehtimalını daha da artırıb. Amma rəsmi Tehranın ritorikasında nəzərə çarpan yumşalma İranın belə təhlükəli perspektivdən qaçmağa çalışdığını göstərir.
AzVision.az xəbər verir ki, sonra SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə İanla Taliban arasında münaqişələri böyütməyin düzgün olmadığını deyib. Onun sözlərinə görə, bəzi insanlar bu münaqişələri müharibəyə çevirməyə çalışsalar da, belə müharibə heç vaxt baş verməyəcək.

“Əfqanıstan ərazisində sərhəddə insident baş verib. Bu eyni sərhəd bölgəsində və oradakı qüvvələr tərəfindən idarə olunur. Biz bu məsələləri qızışdırmamalıyıq. Bu işlərin arxasında bunu böyük bir məsələyə çevirmək, münaqişəyə çevirmək, müharibəyə çevirmək istəyən çoxlu düşmənlərimiz dayanır, bu, qətiyyən olmayacaq. Hər halda Əfqanıstandakı vəziyyət bizim hamımıza aydındır. Bəzi insanlar gələcəkdə özbaşına nəsə edəcək, onlar münaqişə yaratmaq istəyirlər ki, biz onu çox da böyütməməliyik” - Hacızadə deyib.

Maraqlıdır ki, sərhəddəki silahlı inidentə qədər, Gilmənd çayının su ehtiyatları ətrafında gedən şifahi “deyişmədə” SEPAH-ın keçmiş komandiri və Tehran şəhərinin İran parlamentindəki nümayəndəsi general İsmayıl Kosəri Talibana hədə-qorxu gələrək, İranın öz halal haqqını kimsəyə yedirtməyəcəyini, onu yeyənlərin boğazından çəkib çıxaracağını bildirmişdi. Görünür, sərhəddə baş verən silahlı toqquşma Tehranı öz bəyanatlarında və hərəkətlərində daha ehtiyatlı davranmağa sövq edib.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: İran   Əfqanıstan  





Xəbər lenti