Türkiyə terror aktının qarşısını almaqda Moskvaya kömək edib

   Türkiyə    terror aktının qarşısını almaqda    Moskvaya kömək edib
  18 İyun 2024    Oxunub:969
Türkiyənin xüsusi xidmət orqanları rusiyalı həmkarlarına xəbərdarlıq edərək “Crocus City Hall” ticarət mərkəzinə hücumdan sonra Moskvada ikinci terror aktının törədilməsinin qarşısını alıblar.
AzVision.az Türkiyənin “Hüriyyət” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, konsert zalına ilk hücumdan sonra terror qruplaşması ikinci hücumu planlaşdırıb.

“Onlar izdihamlı ticarət mərkəzinə hücum etmək istəyirdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq bu ikinci böyük terror aktının qarşısını alıb”, - qəzetin şərhçisi Hande Fırat yazıb.

Dərc edilən materialda terror aktını “İslam dövləti” ilə əlaqəli olan “Vilayət Xorasan” qruplaşmasının yaraqlılarının hazırladığı bildirilir.

“Hurriyət”in məlumatına əsasən, Türkiyənin xüsusi xidmət orqanları yanvarın sonunda İstanbuldakı Müqəddəs Məryəm katolik kilsəsinə hücumda iştirak edən “Vilayət Xorasan” təşkilatının yerli bölməsinin fəaliyyətini uzun müddət izləyib. Onlardan bəzilərini saxlayıb dindirdikdən sonra Rusiya tərəfi ilə əlaqə yaradılıb.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   terror  





Xəbər lenti