Harvard Universitetinə xarici tələbə qəbulu dayandırılıb

   Harvard Universitetinə xarici tələbə qəbulu dayandırılıb
  23 May 2025    Oxunub:538
ABŞ hökuməti ölkənin Kembric şəhərində yerləşən Harvard Universitetinə xarici ölkələrdən tələbə qəbulunu, habelə hazırkı beynəlxalq tələbələri saxlama imkanını dayandırıb.
"The New York Times" qəzeti yazır ki, bu barədə daxili təhlükəsizlik katibi Kristi Noem əmr verib. Əmrə əsasən, Harvard Universitetinin sertifikatı kolleclərə beynəlxalq tələbə qəbuluna imkan verən "Tələbə və Mübadilə Ziyarətçi Proqramı"ndan çıxarılıb. Beləliklə, sözügedən təhsil ocağına əcnəbi tələbələrin qəbulu yasaqlanıb. Eyni zamanda, mövcud beynəlxalq tələbələrə ABŞ-də hüquqi statuslarını itirməmək üçün başqa universitetlərə transfer tələbi verilib.

"Harvard Universitetinin rəhbərliyi zorakılığın, antisemitizmin və Çin Kommunist Partiyasının təbliğatını aparır. Universitetlərin əcnəbi tələbə qəbulu, onlardan yüksək təhsil haqqı alması hüquq yox, imtiyazdır", - xanım Noem özünün "X" hesabında bildirib.

Məlumat üçün bildirək ki, cari ildə Harvard Universitetinə da 6800 beynəlxalq tələbə qəbul alıb ki, bu, ümumi tələbə sayının təxminən 27%-dir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Harvard-Universiteti   tələbə   qəbul   ləğv  





Xəbər lenti