İlham Əliyev: "Azərbaycan, Türkiyə və Pakistan ilə əməkdaşlığı ildən-ilə gücləndirir"

      İlham Əliyev:    "Azərbaycan, Türkiyə və Pakistan ilə əməkdaşlığı ildən-ilə gücləndirir"
  28 May 2025    Oxunub:650
Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirir.
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz ağır günlərdə hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”.

Dövlət başçısı əlavə edib ki, bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır:

“Bu gün müzakirə etdiyimiz məsələlər, əldə etdiyimiz razılaşmalar bizi bir-birimizə yaxın edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti