DSX-nin hərbçisi vəfat etdi

   DSX-nin hərbçisi vəfat etdi
  31 Mart 2023    Oxunub:1024
Azərbaycanda 26 yaşlı hərbçi vəfat edib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda qeydə alınıb.

Hərbi qulluqçu, Zaqatala sakini Məhəmməd İbrahim oğlu Cindarov ürəktutmadan dünyasını dəyişib.

Bildirilib ki, M.Cindarov Zaqatalaya məzuniyyətə gəlibmiş. Belə ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub.

M.Cindarov Dövlət Sərhəd Xidmətinin hərbçisidir.


Teqlər:





Xəbər lenti