Möminə xatun türbəsi bərpa olunacaq

   Möminə xatun türbəsi bərpa olunacaq
  22 May 2025    Oxunub:250
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti