"Əlbəttə, o, Yaxın Şərqə böyük təsir göstərən addımlar atmaqdan da çəkinmir. Məsələn, əvvəlki prezidentliyi dövründə ABŞ-niı İranın nüvə sazişindən çıxarıb. Eyni zamanda, Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin öldürülməsinin də arxasında idi. Tramp üçün bu kimi şeylər balans məsələsidir", - o bildirib.
("Al Jazeera" xəbər agentliyinin baş siyasi analitiki Mərvan Bişarə)
Analitik sözlərinə görə, Tramp Yaxın Şərqdə münaqişələrin bitməsini istəməkdə ciddidir, lakin:
"O daha çox istərdi ki, 20 yanvarda (andiçmə mərasimində - red). Oval Ofisə addım atacağı gün Yaxın Şərqdə böhran onun məsuliyyətində qalmasın. Son bir neçə ay ərzində verdiyi bəyanatlara əsasən, Qəzza zolağında insan haqları ilə bağlı o elə də narahat deyil. O yalnız öz prestijini qorumaq niyyətindədir", - Bişarə söyləyib.
İran XİN: "Tramp yanlış siyasətləri düzəltmək şansı qazanıb" |
Xatırladaq ki, sabiq ABŞ lideri Donald Tramp dünən rəqibi Kamal Harisə prezidentlik yarışında 51%lə qalib gələrək, təkrarən Ağ Evə qayıdıb. Beləliklə, ardıcıl olmadan ikinci dəfə prezident seçilən ikinci şəxs kimi ölkə tarixinə düşüb.
Firudin Həmidli
AzVision.az