AZAL Bəhreynə uçuşlara başlayacaq

AZAL Bəhreynə uçuşlara başlayacaq
  17 Mart 2023    Oxunub:1056
İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.
Bu barədə AzVision.az -a AZAL-dan məlumat verilib.

Aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetirələcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq.

Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti