Qaçan sürücü tutuldu

Qaçan sürücü tutuldu
  20 Fevral 2013    Oxunub:2544
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi Bakının Yasamal rayonunda baş verən ağır yol qəzası ilə bağlı birgə məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan Azvision.az-a verilən məlumatda bildirilir ki, paytaxtın Yasamal rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla bir nəfər piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən qaçmış sürücünün cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

İstintaqla müəyyən edilib ki, fevralın 17-də saat 11:40 radələrində Mirsultanov Mirəli Mirnicat oğlu idarə etdiyi «İsuzu Ecobus» markalı 10 TG 022 dövlət qeydiyyat nişanlı avtomobillə Xiyabani küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1967-ci il təvəllüdlü Quliyeva Şəhla İbrahim qızını vurub və hadisə yerindən qaçıb. Zərərçəkmiş Ş.Quliyeva aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində müvafiq təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Mirəli Mirsultanov tutularaq istintaqa cəlb olunub və ona qeyd olunan maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti