FHN intiharın qarşısını aldı

FHN intiharın qarşısını aldı
  24 Fevral 2013    Oxunub:1762
Paytaxtda bir nəfər binanın damına çıxıb özünü aşağı atmaq istəyib.
Bakı sakini intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Suraxanı rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1981-ci il təvəllüdlü Rzayev Elşad Fikrət oğlunun hündürmərtəbəli yaşayış binasının damına çıxaraq özünü aşağı atmaq niyyətində olması məlum olub. Xilasedicilər və hüquq mühafizə orqanı əməkdaşlarının birgə səyi nəticəsində intihara cəhd göstərən şəxslə danışıqlar aparılıb, intihara cəhd göstərən şəxs fikrindən yayındırılıb. Xilasetmə əməliyyatı saat 21:05-də başa çatıb.


Teqlər:





Xəbər lenti