Niyə bəzən sözlər `dilimizin ucunda` olur, amma deyə bilmirik? – ELMİ CAVAB
Məsələ ondadır ki, eyni söz haqqında informasiya beynimizin müxtəlif yerlərində saxlanılır. Həmin sözün ifadə etdiyi obraz (şəkil) beynin arxa hissəsində qorunur, sözün tələffüz qaydası – gicgah payındadır, sözün tələffüzü üçün dilə və dodaqlara verilən komanda isə alın hissəsindən gəlir. Beyindəki bütün bu nöqtələr elektrokimyəvi proseslər səviyyəsində bir məntiqi zəncirdə birləşirlər.
Biz nəsə demək istəyəndə əvvəlcə beyin həmin anlayışı özündə saxlayan neyronlara (başın arxa hissəsinə) impuls göndərir. Bu mərhələdə biz nə demək istədiyimizi artıq bilirik və əgər bu, əşyadırsa, onun şəklini təsəvvür edirik.
İkinci mərhələdə həmin anlayışı ifadə edən sözün yerləşdiyi Vernik mərkəzinə (gicgah zonasında) impuls göndərilir.
Üçüncü mərhələdə, yəni obraz və onu ifadə edən söz tapıldıqdan sonra alın payında yerləşən Brok Mərkəzinə siqnal göndərilir ki, o, dili və dodaqları idarə edərək, həmin sözü ifadə edən səsləri yaratsın. Yəni artikulyasiya komandaları versin.
Bu 3 mərhələnin hər hansı biri arasında sinaps (neyronlar arasındakı əlaqələr) düzgün alınmazsa, bizim beynimizdə olan, obrazını gördüyümüz və bildiyimiz sözü dilimizə gətirməymiz mümkün olmur. Əvəzində istər-istəməz bu sözlər çıxır: “Tfu, lənət sənə, kor şeytan! Lap dilimin ucundadır e!!!”
V.M.
AzVision.az