DYP xəbərdarlıq etdi

DYP xəbərdarlıq etdi
  25 Fevral 2013    Oxunub:2103
Bakıda Xocalı prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.
Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin nəzərinə çatdırır ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospekti, "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasisəsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Tədbirin səhər saat 8:00-dan başlanılmasını nəzərə alaraq, tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət Orucov, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.

Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə edilməsi tövsiyə edilir.



Teqlər:





Xəbər lenti