İtkin ata-oğul belə tapıldı

İtkin ata-oğul belə tapıldı
  25 Fevral 2013    Oxunub:1920
Yanvarın 30-dan itkin düşən ata və 4 yaşlı oğlunun gölməçədə meyiti tapılıb.
Fevralın 23-də Sabirabad rayonunda itkin düşmüş ata və oğlunun meyiti tapılıb. Sabirabad şəhər sakini, Vidadi küçəsi, dalan 1, ev 4-də yaşayan 1974-cü il təvəllüdlü Fuad Həsənov və onun 4 yaşlı oğlu Elxanın ölümünün ilkin səbəbi məlum olub. F.Həsənovun yaxınlarının bildirdiyinə görə, o ruhi-əsəb xəstəsi olub və uzun müddət psixi pozuntulara görə müalicə də olunub.

Bu il yanvarın 30-da isə 39 yaşlı kişi çox sevdiyi 4 yaşlı oğlunu da götürərək evdən çıxıb. O oğlu ilə gəzintiyə çıxdığını deyərək yaşadığı ünvanı tərk edib. Lakin bir daha geri qayıtmayıb. Məlum olub ki, ata oğlunu qucağına götürərək Kür çayı yaxınlığındakı “axmaz” adlanan gölməçəyə girib.Lent.az-ın məlumatına görə, hadisədən 24 gün sonra, yəni fevralın 23-ü saat 11.00 radələrində ata və oğlun meyiti əvvəllər Kür çayının məcrası olmuş və sonradan su çalasına çevrilmiş gölməçədən tapılıb.

Qeyd edək ki, evdən çıxarkən F.Həsənovun əynində qara şalvar və qara balon gödəkcə olub. Uşağın əynində tünd sarı rəngli dəri gödəkcə (dublyonka) olub. Hadisə ilə əlaqədar araşdırmalar aparılır.



Teqlər:





Xəbər lenti